EN
AZ TR RU

Nitqin tanınmasının media monitorinqdə tətbiqi

    Media monitorinq dedikdə adından məlum olduğu kimi media vəsitələrinin - televiziya, radio, qəzet, internet xəbər saytları və sosial şəbəkələrin monitorinqi başa düşülür. Bu sahəyə bəzən "media təqib" də deyilir. Media monitorinq şirkətləri medianı monitorinq edərək öz müştəriləri üçün onların maraqlı olduqları məlumatların toplanması və çatdırılması ilə məşğul olur. Qeyd olunanlardan aydın olur ki, bu fəaliyyətin həyata keçirilməsi üçün media vasitələrinin daima izlənilməsinin təşkili tələb olunur. Bu zaman televiziyalar, radiolar və internetdəki video materialların necə monitorinq edilməsi sualı çıxır. Bunun üçün bir çox media monitorinq təşkilatları insan izləyicilərdən istifadə edir. Lakin hazırkı dövrdə televiziyaların və radioların sayının artması, sosial şəbəkələrdə video məzmunun həcminin sürətlə artması bu sahədə də müasir texnologiyaların tətbiq olunmasını zəruri edir. Çünki bu həcmdə medianın insan izləyiclər ilə monitorinq edilməsi böyük xərc və zaman tələb edir.
    Media monitorinq sahəsində ən effektiv və uğurlu tətbiq olunan texnologiyalardan biri də nitqin tanınması texnologiyasıdır. Nitqin tanınması texnologiyası tətbiq olunmaqla mediada olan bütün video və audio məzmundakı səs mətnə çevrilir və lazımi məlumatlar mətndə uyğun açar sözlər vasitəsilə axtarılır. Bu texnologiya həmçinin media monitorinq işinin keyfiyyətini və axtarış imkanlarını artırır. Belə ki, insan izləyicilər məhdud sayda açar sözlər axtara bilir, lakin çevrilmiş mətndə  istənilən sayda açar söz axtarmaq mümkündür.
     AzReco şirkəti də Azərbaycanda və Türkiyədə media monitorinq işi aparan bir neçə təşkilat ilə əməkdaşlıq edir. Şirkətin xidmət üçün təqdim etdiyi süni intellekt üzərindən qurulmuş nitqin tanınması xidməti effektiv istifadə olunur və media məzmunu yüksək 90-95% keyfiyyətlə mətnə çevirir.