EN
AZ TR RU

Süni intellekt ilə işləyən radio (AI radio)

Məlumdur ki, AzReco süni intellekt üzərindən qurulmuş mətnin səsləndirilməsi sistemi (TTS) çox yüksək nəticə göstərir. Belə ki, bir çox hallarda mətni oxuyan sistemin səsini insan səsindən ayırd etmək çox çətin olur. Bu nəticə süni intellekt ilə işləyən insansız radionun qurulması ideyasını ortaya çıxarır. İnternet xəbər saytlarından gündəmdə olan və çox oxunan xəbərlər avtomatik müəyyən oluna və bu xəbərlər istinad verilməklə mətnin səsləndirilməsi sistemi vasitəsilə avtomatik oxunub radionun efirinə verilə bilər. Bundan başqa maraqlı kitablar, hadisələr də səsləndirilməklə efiri daha zənginləşdirmək olar. Belə qurulmuş radio demək olar ki, insansız, yəni özü avtomatik olaraq işləyəcək. Ən pis halda sistemin işləməsinə nəzarət etmək üçün bir texnik kifayət edər. Bəs üstünlükləri nə olacaq?
1. 7/24 - fasiləsiz işləyəcək
2. İnsan olmadığı üçün xərclər cüzi olacaq
Əlavə olaraq dinləyicidən telefon vasitəsilə gələn istəyin nitqin tanınması texnologiyası vasitəsilə avtomatik qeydə alınıb səsləndirilməsi də mümkündür.
AzReco şirkəti olaraq Azərbaycan dili üçün yüksək keyfiyyətli həm mətnin səsləndirilməsi, həm də nitqin tanıması sistemlərini təklif edirik.