AZ
EN TR RU

Avtomatik nitqin tanınması (ASR)

Dərin öyrənmə alqoritmləri istifadə etməklə qurulan AzReco nitqin tanınması sistemi müxtəlif dilərdə danışıqları yüksək keyfiyyətlə yazıya çevirir.

Bizneslər üçün yüksək keyfiyyətli nəticələr təklif edən ən son texnologiyalı avtomatlaşdırılmış nitqin tanınması sistemi

10 ildən artıq süni intellekt və maşın öyrənməsi sahəsində əldə etdiyimiz təcrübələri nitqin tanınması sisteminə tətbiq edərək qurduğumuz texnologiya müxtəlif mənbələrdən gələn, professional və ya küylü mühitdə yazılmış audio və video faylları yüksək keyfiyyətlə yazıya çevirir. Sistem biznes sahəsindən, datanın böyüklüyündən asılı olmayaraq istənilən məsələ üçün xüsusiləşdirilə bilir.

Müxtəlif tipli səs fayllarının dəstəklənməsi

Media, görüşlər, sosial şəbəkələr, birə-bir söhbətlər və s. kimi sahələrdən gələn səs fayllarının yüksək keyfiyyətli transkripsiyası

Xüsusiləşdirmə və Mövzuya adaptasiya

Məlumdur ki, hər bir sahənin özünə məxsus terminləri, adları vardır. Sistemi istənilən sahəyə adaptasiya etməklə keyfiyyəti artırmaq imkanı.

Oflayn quraşdırma seçimi

Bəzi hallarda səs fayllarının məxfiliyi çox önəm daşıyır. Bu halda sistemi müştərinin tələb etdiyi qurğularda quraşdırmaq imkanı təklif edirik.

Dəstəklənən dillər

Azərbaycan
Türk
İngilis
Rus

Niyə AzReco nitqin tanınması?

Ucuz qiymətlər

Bazarda ən ucuz qiyməti təklif edirik.

Yüksək keyfiyyət

90%%-dan yuxarı tanıma keyfiyyəti.

Təhlükəsiz

Bütün məlumatlar şifrələnir.

Ən son texnologiyar

Bütün texnologiyalarımız dərin öyrənmə alqoritmlərinə əsaslanır.

Zaman qeydi

Altyazılar üçün hər bir sözün zaman informasiyalarını da təqdim edirik.

Avtomatik punktuasiya

Süni intellekt cümlələri ayırır, xüsusi isimləri böyük hərflərlə yazır, ədədləri rəqəmlə yazır.

Səsi yazıya və yazını səsə çevirmək üçün yaratdığımız Voicen platformasından istifadə edin

İNDİ BAŞLA

AzReco API

AzReco müxtəlif dillərdə səsi yazıya çevirmə və yazını səsə çevirmə sistemləri üçün REST API təklif edir. API vasitəsilə siz audio və video (text) fayllarını yükləməklə JSON (WAV) formatında nəticələri ala bilərsiniz. Həmçinin https://github.com/azreco ünvanında Python, Java, C# dillərində kod nümunələri də təqdim edirik. API istifadə etmək üçün sizə istifadəçi id-si və token lazımdır. Bunları əldə etmək üçün info@azreco.az ünvanına müraciət edin. İstəyinizi təsdiq etmək üçün sizə bəzi suallar verə bilərik.

Go to Github page