EN

Nitq Texnologiyaları

Haqqımızda

AzReco şirkəti 2016-cı ildə bir neçə tədqiqatçı-mühəndis tərəfindən nitq texnologiyalarının yaradılması və tətbiqi məqsədilə qurulmuşdur. İlk nəticələrimiz Azərbaycan və Türk dilləri üçün avtomatik nitqin tanınması və səs faylında açar sözlərin axtarılması olmaqla geniş səhəni əhatə edir. Şirkətimiz regionda müxtəlif sahələri əhatə edən nitq texnologiyaları həlləri təklif edir.

Vizyon

Nitq texnologiyları bazarında ən etibarlı və nüfuzlu şirkətlərdən biri olmaq

Missiya

Biz inanırıq ki, nitq texnologiyaları insan-kompüter əlaqəsində ən yaxşı vasitədir və məqsədimiz bu problemi ən son texnologiyaları tətbiq etməklə həll etməkdir

Servislər

Səsi yazıya çevirmə

Audio və video fayllarınızı avtomatik olaraq yüksək keyfiyyətlə yazıya çevirin. Həmçinin, YouTube, Facebook və s. sosial şəbəkə videolarını sadəcə linki göndərməklə yazıya çevirin.

Səs fayllarında açar sözlərin axtarılması

Siz lazım olan açar sözləri çox sürətli şəkildə səs faylında axtara bilərsiniz. Sistem bunun üçün əvvəlcə səsi yazıya çevirmir, birbaşa olaraq fonem səviyyəsində bunu tətbiq edir. Ona görə açar söz axtarma sistemi xeyli sürətlidir.

İmla

AzReco imla sistemi imkan verir ki siz sadəcə səsinizdən istifadə etməklə sürətli yazı yaza biləsiniz. Qeyd edək ki, bu sistem ənənəvi klavyatura ilə yazı yazmaqdan 4-5 dəfə daha sürətlidir.

TV & Radio açar söz axtarma və reklam monitorinqi aləti

TV və Radioda ən son texnologiyaları istifadə etməklə avtomatik açar sözlərin və reklamların izlənilməsi.

AzReco səs sintezi (TTS)

AzReco TTS sistemi real insan səsindən seçilməyən ən yaxşı sistemlərdən biridir. Siz Azərbaycan, Türk, İngilis və Rus dillərində mətnləri insan səsiylə oxuda bilərsiniz.

AzReco danışanın tanınması sistemi

Bu sistem insan səsinin xarakteristikasından istifadə etməklə onun kimliyini müəyyənləşdirir. Dərin öyrənmə alqoritmlərindən istifadə etməklə hər bir insan səsini unikal bir vektorla əvəzləyirik.

Səs sintezinə aid nümunələr

Prezident İlham Əliyev Birləşmiş Ştatların Prezidenti Donald Tramp-a təbrik məktubu ünvanlayıb.

Azərbaycan Respublikası ilə Birləşmiş Ştatları dostluq və əməkdaşlıq münasibətləri birləşdirir.

Görüşdə dünya neft sənayesində baş verən cari dəyişikliklər və rəqəmsal texnologiyaların neft sənayesində rolunun artması məsələləri müzakirə olunub.

AzReco API

AzReco müxtəlif dillər üçün səsi yazıya çevirmə və yazını səsə çevirmə sistemləri üçün REST API təklif edir. API vasitəsilə siz audio və video (text) fayllarını yükləməklə JSON (WAV) formatında nəticələri ala bilərsiniz. Həmçinin https://github.com/azreco ünvanında Python, Java, C# dillərində kod nümunələri də təqdim edirik. API istifadə etmək üçün sizə istifadəçi id-si və token lazımdır. Bunları əldə etmək üçün info@azreco.az ünvanına müraciət edin. İstəyinizi təsdiq etmək üçün sizə bəzi suallar verə bilərik.

Github səhifəsinə keç

Referenslər

Ajans Press
Prnet medya takib
UNEC Research Foundation
Yeni Avaz Informasiya agentliyi
Maxim taksi sifarişi
Azərbaycanın Milli Virtual Ensiklopediyası

50 MİLYON +

dəqiqə audio yazıya çevrildi

2 MİLYON +

simvol insan səsinə çevrildi