Bizneslər üçün yüksək keyfiyyətli nəticələr təklif edən ən son texnologiyalı avtomatlaşdırılmış nitqin tanınması sistemi
10 ildən artıq süni intellekt və maşın öyrənməsi sahəsində əldə etdiyimiz təcrübələri nitqin tanınması sisteminə tətbiq edərək qurduğumuz texnologiya müxtəlif mənbələrdən gələn, professional və ya küylü mühitdə yazılmış audio və video faylları yüksək keyfiyyətlə yazıya çevirir. Sistem biznes sahəsindən, datanın böyüklüyündən asılı olmayaraq istənilən məsələ üçün xüsusiləşdirilə bilir.
Müxtəlif tipli səs fayllarının dəstəklənməsi
Media, görüşlər, sosial şəbəkələr, birə-bir söhbətlər və s. kimi sahələrdən gələn səs fayllarının yüksək keyfiyyətli transkripsiyası
Xüsusiləşdirmə və Mövzuya adaptasiya
Məlumdur ki, hər bir sahənin özünə məxsus terminləri, adları vardır. Sistemi istənilən sahəyə adaptasiya etməklə keyfiyyəti artırmaq imkanı.
Oflayn quraşdırma seçimi
Bəzi hallarda səs fayllarının məxfiliyi çox önəm daşıyır. Bu halda sistemi müştərinin tələb etdiyi qurğularda quraşdırmaq imkanı təklif edirik.