AZ
EN TR RU

Bioloji və süni neyron

İnsan beynində milyardlarla bioloji neyron vardır. Neyronlar, insan beynindəki kimyəvi və elektrik siqnallarının emal edilməsi və ötürülməsində rol oynayan bir-birinə bağlı sinir hüceyrələridir.  Dendritlər digər neyronlardan informasiyanı qəbul edən hissədir. Hüceyrə nüvəsi(soma) dendritdən gələn informasiyaları emal edir. Axon neyronun informasiyanı digər neyrona ötürmək üçün istifadə etdiyi kabeldir. Sinapslar isə bir neyronun axonunu o biri neyronun dendritinə birləşdirir.

Warren McCullock və Walter Pitts adlı iki tədqiqatçı 1943-cü ildə özlərinin ilk sadələşdirilmiş beyin hüceyrəsi konseptini nəşr etdirdilər. Məqalədə bu cür sinir hüceyrəsini ikili çıxışı olan sadə bir məntiq qapısı kimi təsvir edirdilər. Başqa sözlə, çoxqat siqnal dendritlər vasitəsilə hüceyrə gövdəsinə çatdırılır və yığılan siqnal emal olunduqdan sonra müəyyən bir həddi aşarsa, akson tərəfindən ötürülən bir çıxış siqnalı yaradılır.

Süni neyron bioloji neyron modeli əsasında qurulan riyazi funksiyadır. Hər bir neyron girişləri götürür, onları ayrı-ayrı çəkir(giriş dəyişənini çəki parametrinə vurmaq), sonra toplayır, daha sonra qeyri-xətti funksiyadan keçirib çıxışı hazırlayır.

Beləliklə, bioloji neyron ilə süni neyron arasında aşığıdakı analogiya vardır:

Bioloji neyron Süni neyron
hüceyrə nüvəsi düyün
dendritlər giriş
sinapslar çəkilər
axson çıxış