AZ
EN TR RU

Səs Texnologiyaları

Dərin Texnologiyalarımız!

Nitqin tanınması

Səsi yazıya çevirmə

Dərin öyrənmə alqoritmləri istifadə etməklə qurulan AzReco nitqin tanınması sistemi həm yüksək keyfiyyəti, həm də daha az resurs istifadə etməsilə digər sistemlərdən fərqlənir. Sistemin demək olar ki, bütün elementlərində süni intellekt istifadə olunur və zaman keçdikcə özünü təkmilləşdirir.

Mətnin səsləndirilməsi

Yazını səsə çevirmə

Biz mətnin səsləndirilməsi sistemində dərin neyron şəbəkələr alqoritmindən istifadə edirik. Bununla da, təbii insan səsinə çox yaxın, hətta bir çox hallarda seçilməyən, diqqəti cəlb edən səs əldə edirik. Sistem mövcud səs parçalarını bir-birinə qoşub səsləndirmək əvəzinə onu sıfırdan generasiya edir. ‍

Bizneslər üçün yüksək texnoloji həllərimiz

İllərlə süni intellekt və maşın öyrənməsi sahəsində əldə etdiyimiz təcrübələri səs texnologiyaları ilə birləşdirərək aşağıdakı praktik həlləri reallaşdırdıq.

Media monitorinq

TV və Radio, YouTube kanallarının monitorinqinə nitqin tanınması texnologiyasının tətbiqi məsələni adi tekst faylında açar sözün axtarılmasına gətirir və insanları əlavə iş yükündən azad edir. Bunula da, onlar daha faydalı işlərlə məşğul olurlar.

Avtomatik transkripsiya

Arxiv fayllarının, görüşlərin, reportajların, video kontentlərin avtomatik yazıya çevrilməsi xüsusilə axtarış sistemlərində öndə çıxmaq üçün çox vacibdir. YouTube videolarına alt yazı əlavə etməklə həm axtarışda öndə ola bilər, həm də eşitmə məhdudiyyəti olanlara xitab etmiş olarsınız.

Robot

Texnologiyanın inkişafı kütləvi xidmət mərkəzlərində robotların istifadəsini zərurətə çevirir. Təbii ki, nitqin tanınması və mətnin səsləndirilməsi olmadan robot sadəcə bir dəmir parçasıdır.

Mətnlərin avtomatik səsləndirilməsi

Xəbərlərin, kitabların və s. mənbələrin mətnin səsləndirilməsi sistemi vasitəsilə oxunması vaxtın azlığından şikayət olunduğu zamanımızda çox gözəl bir alternativdir. Eyni zamanda görmə qüsurulu insanlar da TTS vasitəsilə bu mənbələrdən istifadə edə bilirlər.

Təhlükəsizlik

Azreco səs biometriyası dərin öyrənmə alqoritmlərini tətbiq etməklə şəxsi onun səsi vasitəsilə yüksək keyfiyyətlə identifikasiya edə bilir. Səs biometriyası bizneslər üçün çoxqat təhlükəsizlik tələb olunan yerlərdə maliyyəti az olan əhəmiyyətli bir alternativdir.

Çağrı mərkəzləri

Çağrı mərkəzlərində insanların yerinə səs texnologiyalarının istifadəsi həm xərcləri azaldır, həm də işin 7/24 işləməsini təmin edə bilir. Bununla da işin effektivliyi, eyni zamanda müştəri məmnuniyyəti artır.

Bizimlə Əlaqə

Texnoloji həll lazımdır?
Dərhal əlaqə saxla

Babek ave 10E / Baku, Azerbaijan. RUSEL Plaza
info@azreco.az
+994 12 464 11 27
+994 50 580 17 71

Referanslar

Ajans Press Prnet medya takib UNEC Research Foundation Yeni Avaz Informasiya agentliyi Maxim taksi sifarişi Azərbaycan Milli Virtual Ensiklopediyası Promobot biznes üçün servis robotudur. facemark.az

60 MİLYON +

dəqiqə audio yazıya çevrildi

120 MİLYON +

simvol insan səsinə çevrildi