TR
AZ EN RU

Voicen - azərbaycanca başa düşüb və danışan süni intellekt!

Yerli mühəndislər tərəfindən hazırlanan süni intellekt azərbaycanca həm səsi yazıya çevirir, həm də azərbaycanca danışır.
Texnologiyanın sürətli inkişafı səs texnologiyalarının istifadəsini zərurətə çevirir. Bugün xarici dillər üçün məşhur texnologiya şirkətləri tərəfindən yaradılan səs texnologiyaları dilimizi başa düşmür. Ölkəmizdə bu missiyanı Azreco firması üzərinə götürüb və qurduğu voicen.com platforması vasitəsilə daxil edilən səsi yüksək keyfiyyətlə yazıya çevirir. Eyni zamanda, azərbaycanca mətni insan səsiylə oxuyur. Texnologiyanın qurulmasında süni intellektdən istifadə olunub. Azərbaycanca reportajların, xəbərlərin, görüşlərin avtomatik yazıya çevrilməsi, yazılı xəbərlərin, müxtəlif elanların, məqalələrin avtomatik səsləndirilməsi artıq əlçatandır. Siz də dərhal https://voicen.com/az/ platformasında qeydiyyatdan keçib, hər iki texnologiyanı pulsuz test edə bilərsiniz.