TR
AZ EN RU

AI sahəsində hər şeyi kökündən dəyişən insan

İlya Sutskever

Hazırda demək olar ki, bütün dərin öyrənmə proyektlərinin əsasını təşkil edən Sequence to Sequence (Encoder-Decoder) mexanizminin yaradıcısı olan İlya Sutskever, bu ideyanı ilk dəfə 2014-cü ildə çıxardığı "Sequence to Sequence Learning with Neural Networks" adlı məqaləsində maşın tərcüməsi məsələsinə tətbiq etməklə vermişdir. Bununla da maşın tərcüməsində kifayət qədər böyük data üzərində phrase based yanaşmadan daha yaxşı nəticə almışdır. Hazırda Google Translate bu mexanizm əsasında işləyir.
Sutskever 2012-ci ildə Toronto Universitetində AlexNet proyekti ilə ImageNet yarışının açıq ara qalibi olur. AlexNet yeni CNN (convolutional nn) şəbəkə idi, hansı ki, bu proyektdə dərin öyrənmənin ilk dəfə GPU ilə necə öyrədilə biləcəyinin mexanizmi verilmişdir. Daha sonra DNNResearch şirkətinə qoşulur və 2013-cü ildə Google bu şirkəti satın alır, Sutskever də Google Brain komandasına qoşulur. Google Brain komandasında Sutskever Google TensorFlow proyektinin yaradılmasında əsas rollardan birini oynayır. Bundan başqa DeepMind ilə birlikdə AlphaGo proqramının yaradılmasında da iştirak edir və bu proqram 2016-cı ildə Go çempionu Lee Sedolu məğlub etməklə tarix yazır.
Sutskever daima düşünürdü ki, gələcəkdə AI hər yerdə olanda, insan həyatı necə olacaq? Çünki o, bu səhənin öncülü kimi, AI-nin nələrə qadir olduğunu və yaxın gələcəkdə bütün sahələrdə insanı əvəzləyə biləciyini görürdü. Ona görə də çətin də olsa, 2015-ci ilin dekabarında Google-dan ayrılaraq Elon Muskla birlikdə bir milyardlıq investisiya ilə OpenAI süni intellekt laboratoriyasını qurur. OpenAI əsas məqsədi "Rəqəmsal intellekti bütov olaraq insanlığa fayda verəcək şəkildə inkişaf etdirmək", başqa sözlə, insanlığı süni intellektin qarşısıalınmaz yayılmasına hazırlamaqdır. Hazırda Sutskever rəhbərliyi altında OpenAI robot, təhlükəsizlik, oyunlar və s. kimi səhələrdə süni intellektin tətbiqi ilə məşğul olur.