TR
AZ EN RU

Nitqin tanınması nədir?

Eyni zamanda səs tanıma kimi də adlandırılan nitqin tanınması (ASR - Automatic Speech Recognition) insan səsini yazıya çevirən kompüter proqramı və ya cihazdır. Nitqin tanınması cihazları idarə etmək, komandaları yerinə yetirmək və ya klavyatura, siçan, hətta heç bir düymə istifadə etmədən yazı yazmaq üçün yaradılan texnologiyadır. İlk nitqin tanınması sistemi 1952-ci ildə yaradılıb ki, o da tək-tək rəqəmləri tanıya bilirdi. Bu gün isə nitqin tanınması sistemləri artıq bir çox sahələrdə - tibb sahəsində, hərbidə (F16 hərbi təyyarədə), telekomnukasiya, çağrı mərkəzlərində, fərdi kompüterlərdə və s. geniş istifadə olunur.
Nitqin tanınması sisteminin bir neçə növü vardır
Danışandan asılı sistem - Yaxşı nəticə almaq üçün bir istifadəçinin səsindən əvvləcə nümunə götürülüb sistemə öyrədilir (adaptasiya)
Danışandan asılı olmayan sistem - Adından da göründüyü kimi heç bir adaptasiya tələb olunmur
Diskret sistemlər - Yalnız tək-tək deyilən sözləri tanıyır
Kəsilməz nitqin tanınması sistemi - İstifadəçi mikrofona normal danışırmış kimi danışır, sistem yazıya çevirir