TR
AZ EN RU

Rəqəmsal audio və video faylların arxivləşdirilməsində müasir metodlar

Məlumdur ki, müasir dövrdə video və audio materialların həcmi sürətlə artır. Bu materialların optimal şəkildə arxivinin yaradılması müəyyən qurumlar üçün böyük əhəmiyyət kəsb edir. Bu qurumlara müxtəlif dövlət təşkilatlarını, televiziya və radio şirkətlərini misal çəkmək olar. Optimal arxivin yaradılması üçün önəmli məsələlərdən biri materiaların optimal strukturlaşdırılması və indekslənməsidir.
Ənənəvi audio və video faylların arxivləşdirilməsində bu faylların indeksasiyası onlara əlavə edilmiş meta təqlər vasitəsilə aparılır. Meta təqlər insan operatorlar tərəfindən qoyulur və faylın məzmunu haqqında məhdud məlumatdan ibarət olur. Lakin səs texnologiyalarının bu işə tətbiqi məsələni kökündən dəyişir. Necə?
1. Səs faylında danışıq olan hissələrin avtomatik müəyyən edilməsi. Bu texnologiya vasitəsilə xüsusilə uzun səs fayllarında bir klik ilə birbaşa danışıq olan hissəyə keçmək mümkündür.
2. Avtomatik nitqin tanınması. Meta təqlər yerinə səs faylının avtomatik olaraq tamamilə mətnə çevrilməsi axtarış üçün əlavə imkanlar yaradır, daha doğrusu səs faylının yüz faiz indekslənməsini təmin edir.
3. Danışanların ayrılması. Bu texnologiya vasitəsilə səs faylında müxtəlif danışanları müəyyən edib, indeksə əlavə dəyərli malumatlar vermək olar.
Səs texnologiyaları səhəsində fəaliyyət göstərən AzReco şirkəti yuxarıda qeyd olunan texnologiyaların hər birini müştərilərinə təklif edir. Xüsusilə süni intellektin bu sahəyə tətbiqi şirkəti digərlərindən bir addım öndə edir.