RU
AZ EN TR

Səs Texnologiyalarının Gələcəyi

Səs texnologiyası sahəsindəki innovasiyalar yaxın illərdə istehlakçı davranışlarında  böyük dəyişikliklərə səbəb olacaqdır. Müxtəlif mənbələrə görə 2020-ci ildə səsli axtarışın bütün veb axtarışların 50%-ə qədərini təşkil edəcəyi proqnozlaşdırılır. Bununla belə, mütəxissislərin bir çoxu istehlakçıların bu cür davranışlarının artım sürətini və rəqiblərinin səs texnologiyaları təcrübəsində nə qədər irəli getdiyini kifayət qədər real qiymətləndirmirlər.

                                       

Şirkətlər bu dəyişikliklərə və artan rəqabətə hazır olmalıdırlar. Ağılı səsli qurğular və buna bənzər məhsullar müştərilərdə yeni istəklər yaradacaq. Əgər şirkətlər öz auditoyalarını əldə saxlamaq və rəqiblərdən irəlidə olmaq istəyirlərsə, səs texnologiyalarında baş verən son yeniliklər və tendensiyaları yaxından izləməlidirlər.

                                       

Aparılmış tədqiqatlar göstərir ki, bir çox şirkətlər səs UX-i (user experience) sahəsində olan tələblərə kifayət qədər cavab vermirlər. İstifadəçilər səs texnologiyası ilə daha yaxından tanış olduqdan sonra istifadə vərdişləri dəyişəcək. Şirkətlər öz növbəsində insan nitqinin tanınması və buna bənzər digər funksionallığı inkişaf etdirməlidirlər.