AZ
EN TR RU

AzReco mətnin səsləndirilməsi (TTS)

Mətnin səsləndirilməsi və ya nitq sintezi daxil edilmiş mətni insan nitqinə çevirən sistemdir. Digər bir çox mətnin səsləndirilməsi sistemlərindən fərqli olaraq, AzReco mövcüd səs parçalarını bir-birinə birləşdirib səsləndirmir, sıfırdan səs dalğası generasiya edir. Sistem, mürəkkəb dərin neyron şəbəkələr istifadə edir və şəbəkə böyük həcmdə səs datası üzərində öyrədilir. Öyrənmə zamanı şəbəkə real insan danışığının əsasında duran mürəkkəb strukturu analiz edir, yəni, hansı səs tonlarının bir-birini təqib etdiyini, təbii bir danışığın dalğa formasının necəliyini və s. öyrənir. Prosesin yekununda 10 milyondan artıq parameter qiymətləndirir.

Daha dərin texnologiya və eyni zamanda daha təbii səs sintezi

Ənənəvi TTS sistemlərinin ən böyük çatışmamazlığı sintez olunan səsdə robot effektinin olmasıdır, yəni səs insan deyil, daha çox robot səsinə bənzəyir. Bu isə səsə uzun müddət qulaq asmağa mane olur, dinləyici qısa müddətdən sonra yorulur. AzReco mətnin səsləndirilməsi sistemi Azərbaycanda ilk dəfə süni neyron şəbəkələr tətbiq etməklə bu probelmi həll etmişdir. Sistem həm kişi, həm də qadın səsləri olmaqla, mətnləri kifayət qədər real insan səsinə bənzər səsə çevirir.

Xüsusi səsə adaptasiya

Müştərilərin istəyinə uyğun olaraq onların təklif etdiyi insan səsinə qısa müddətdə adaptasiya imkanı. Yəni sistem istədiyiniz insanın səsiylə danışa bilir.

Oflayn quraşdırma seçimi

İnternetin olmadığı və ya məxfiliyin tələb olunduğu digər hallarda müştərinin tələb etdiyi qurğularda quraşdırmaq imkanı.

Dəstəklənən dillər

Azərbaycan
Türk
Rus

Niyə AzReco TTS?

Ucuz qiymətlər

Bazarda ən ucuz qiyməti təklif edirik.

Yüksək keyfiyyət

Real insan səsinə yaxın.

Təhlükəsiz

Bütün məlumatlar şifrələnir.

Ən son texnologiyar

Bütün texnologiyalarımız dərin öyrənmə alqoritmlərinə əsaslanır.

Səs seçimi

Həm qadın, həm də kişi səsi dəstəklənir.